Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul
edib.

Trend xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun
əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların
sayının ilbəil artdığı vurğulandı. Dünya gündəmində duran aktual
məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox
mühüm rol oynadığı bildirildi.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq
Prezidentinin görüşləri xatırlandı, Azərbaycan-Xorvatiya ikitərəfli
münasibətlərinin uğurlu inkişafı qeyd edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir