Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bakı. Trend:
Martın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19)
infeksiyası əleyhinə 230 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə
bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin
sayı 79, ikinci doza vaksinlərin sayı 61, üç və daha çox doza
vaksinlərin sayı 77, pozitiv nəticədən sonra “buster” doza
vaksinlərin sayı 13-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı
13 milyon 951 min 282, birinci mərhələ üzrə vurulan peyvənd
dozalarının ümumi sayı 5 milyon 404 min 999, ikinci mərhələ üzrə 4
milyon 879 min 457, üç və daha çox doza vaksinlərin sayı 3 milyon
401 min 69, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı
265 min 757-dir.