Bərdədə ağır yol qəzası baş verib, xəsarət alan var (FOTO)

Bakı. Trend:

Bərdədə ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə Ağdam-Bərdə magistral yolunun Bərdə
rayonun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil ilə “Mercedes Benz” markalı
avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü 40
yaşlı Pənciyev Səlahhədin Hummbət oğlu müxtəlif dərəcəli bədən
xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika şöbəsinə yerləşdirilib.
Vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir