Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun üçüncü gününə start verilib (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG
Dünya Kubokunun üçüncü gününə start verilib.

Trend-in məlumatına görə, bu gün final yarışları keçiriləcək:
kişilər sərbəst məşqlər, paralel tirlər və halqalarla məşqlərlə,
qadınlar isə dayaq tullanışı və müxtəlif hündürlüklü qollarda
hərəkətlərlə çıxış edəcəklər. Yarışların nəticələrinə əsasən
qaliblər və mükafatçılar müəyyən ediləcəklər.

Finalda halqalarla məşqlə azərbaycanlı idmançı Nikita Simonov
çıxış edəcək.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart
tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında
keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak
edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya
Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord
göstəricidir.

Final yarışlarında Nikita Simonovla (halqalarla məşq) yanaşı
sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov
(köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst
hərəkətlər) çıxış edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir