
Belçikada hökumət telefonlarında TikTok-a qadağa qoyulub
Bakı. Trend:
Belçika Milli Təhlükəsizlik Şurası Çin sosial media tətbiqi olan
“TikTok”dan hökumət smartfonlarında istifadəsinə qadağa qoyub.
Trend-in məlumatına görə, bu barədə Belçika baş naziri Aleksandr
de Kro deyib.
“Dövlət Təhlükəsizlik Xidmətinin (VSSE) təhlili və Belçika
Kibertəhlükəsizlik Mərkəzinin (CCB) rəyinə əsasən, martın 10-da
Milli Təhlükəsizlik Şurası federal dövlət xidmətlərinin şəxsi
heyətinin rəsmi cihazlarına “TikTok” tətbiqinin quraşdırılmasına
müvəqqəti qadağa qoyub”, – deyə bildirilib.
Belçika hakimiyyəti qadağanı “TikTok”un çox vaxt onların xəbəri
olmadan baş verən çoxlu istifadəçi məlumatlarını toplaması və
məzmunu manipulyasiya etməsi ilə izah edir. Bundan əlavə, Çin
qanunvericiliyi sosial şəbəkəni ölkənin xüsusi xidmət orqanları ilə
əməkdaşlıq etməyə məcbur edir.