Fevral ayında Türkiyə limanları 3 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

Bu ilin fevral ayında Türkiyə limanları 3 min 825 gəmi qəbul
edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 697, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 min 128
olub.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 173
gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 772, Türkiyə
bayrağı altında olan gəmilər isə 2 min 401 olub.”, – deyə
nazirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir