Fransa gimnastı Bakıda FIG Dünya Kubokunda dayaqla tullanma üzrə birinci yeri tutub

Bakı. Trend:

Fransalı gimnast Kolin Devillar Bakı şəhərində keçirilən idman
gimnastikası üzrə FIG Dünya Kubokunda dayaqla tullanma üzrə 13.683
bal nəticə ilə birinci yeri tutub.

İkinci yerə 13.433 bal nəticə ilə Özbəkistanı təmsil edən Oksana
Çusovitina, üçüncü yerə isə Çin gimnastı Linmin Yuy (13.383 bal)
çıxıb.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart
tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında
keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak
edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya
Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord
göstəricidir.

Final yarışlarında Nikita Simonovla (halqalarla məşq) yanaşı
sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov
(köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst
hərəkətlər) çıxış edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir