Gəncədə sahibkarlarla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və
təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər
görüləcəkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş
Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində
sahibkarlarla görüş keçirilib.

KOBİA-dan Trend-ə verilən
məlumata görə, tədbirdə Gəncədə sənaye, turizm və ticarət
sahələrində fəaliyyət göstərən 40-a yaxın sahibkar, eləcə də Gəncə
Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm
Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
sahibkarların çətinliklərini, biznesin inkişafı üçün ehtiyaclarını
və təkliflərini dinləyib, sahibkarlığa göstərilən mövcud dəstək
mexanizmləri, bu sahədəki yeniliklər, KOBİA tərəfindən təmin edilən
dövlət dəstəyi və xidmətlər barədə məlumat verib. Sahibkarlar
tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən
təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq
tədbirlərin görüləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir