
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb
Bakı. Trend:
İndoneziyanın şimalındakı Riau adalarında torpaq sürüşməsi
nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə “Sinhua” agentliyi əlumat yayıb.
Daha əvvəl 33 nəfərin öldüyü bildirilirdi.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 11 nəfər itkin
düşmüş sayılır. 2 mindən çox yerli sakin təxliyə edilib.