
İran Rusiyadan Su-35 qırıcıları alıb – Daimi nümayəndəlik
Bakı. Trend:
İran Rusiyadan Su-35 qırıcıları alıb.
Trend “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə
İranın BMT-dəki daimi nümayəndəliyinin məlumatında deyilir.
“İran İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyi cümə
günü elan edib ki, İran Rusiyadan “Sukhoi” qırıcı təyyarələrinin
alınmasını başa çatdırıb”, – deyə agentliyin məlumatında
bildirilir.