“KazTransOil” Bakı limanına sınaq məqsədli neft daşınmasını həyata keçirəcək

Bakı. Trend:

Qazaxıstanın “KazTransOil” neftdaşıma şirkəti Bakı limanına
tədarük olunması üçün Kaşaqan yatağından Aktau limanına 7 000 ton
neftin sınaq məqsədli daşınmasını həyata keçirməyi
planlaşdırır.

Trend-in şirkətə istinadən məlumatına görə, Kaşaqan neftini
göndərən “INPEX North Caspian Sea, Ltd”dir.

Qeyd edək ki, Qazaxıstanın xarici işlər nazirinin müavini Roman
Vasilenko dünənki brifinqdə Qazaxıstan neftinin Azərbaycandan
keçərək nəqlinin bu il başlayacağını bildirib.

Daha əvvəl Qazaxıstanın baş naziri Əlixan İsmayılov 2023-cü ilin
əvvəllərində Azərbaycan ərazisindən keçərək 1,5 milyon ton
Qazaxıstan neftinin nəqlinə başlanılacağını bildirib.

“Bizim artıq 1 yanvar 2023-cü ildən etibarən Bakı-Tbilisi-Ceyhan
marşrutu üzrə 1,5 milyon ton neft nəqlinə dair sazişimiz var. Eyni
zamanda həcmi gələcəkdə 6-6,5 milyon tonadək artırmağı nəzərdə
tuturuq. Batumi və Özbəkistan istiqamətində dəmir yolu ilə pilot
daşımalar artıq başlayıb, vaqon sisternlərinin sayı isə ikiqat
artırılıb”, – Ə.İsmayılov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir