Leyla Abdullayeva Fələstinin Fransadakı səfiri ilə görüşüb
Bakı. Trend:
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fələstinin bu
ölkədəki səfiri Hala Əbu Hassira ilə görüşüb.
Trend-in
məlumatına görə, bu barədə L.Abdullayeva öz “Twitter” səhifəsində
yazıb.
“Fələstin Dövlətinin səfiri Hala Əbu Hassira ilə maraqlı
müzakirələr aparılıb. Hörmətli həmkarıma səmimi qəbula və faydalı
fikir mübadiləsinə görə təşəkkür etmək istərdim”, – deyə paylaşımda
bildirilib.