
Meta Twitter-ə bənzər sosial şəbəkə yaratmaq istəyir
Bakı. Trend:
ABŞ-ın “Meta” şirkəti ən son məlumatları paylaşmaq mümkün olacaq
ayrıca sosial şəbəkə yaratmaq imkanlarını araşdırır.
Trend-in məlumatına görə, bu barədə “CNN” televiziya kanalına
şirkətin nümayəndəsi bildirib.
Telekanal qeyd edib ki, planlaşdırılan sosial şəbəkə konseptual
olaraq “Twitter” mikrobloqlar şəbəkəsinə bənzəyir.
Bu platformanın mərkəzləşdirilməməsi planlaşdırılır, yəni
istifadəçilər bir mərkəzi platforma deyil, hər birinin öz qaydaları
olan müxtəlif serverlər və ya icmalar yarada biləcəklər.