
MÜSİAD Azərbaycan daha bir yeniyetməni İngiltərəyə oxumağa göndərəcək
Bakı. Trend:
İngiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı
İbrahim Zeynalov ilə, daha bir balaca həmyerlimiz Bayramov Tofiq
Hacıbaba oğlu MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə oxumağa
göndəriləcək.
Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, hal-hazırda həmyerlilərimizin xaricdə
təhsil alması üçün lazımi işlər görülür.
Qeyd edək ki, Bayramov Tofiq 2008-ci ildə Quba şəhərində doğulub
və hal hazırda orada yaşayır. Quba Fizika İnformatika Təmayüllü
liseyi şagirdi olan Tofiq, bir sıra beynəlxalq və Respublika
səviyyəli yarışların iştirakçısı və qalibdir. O əsasən müxtəlif
robotların hazırlanması,oyuncaq avtomobillərin modifikasiya ilə
məşğuldur.
2022-ci ildə Bakıda keçirəln beynəlxalq STEM yarışmasında
“SURVİVOR” axtarış və xilasetmə robotunun hazırlanması layihəsi
uzrə qızıl medalla təltif edilib və “Yaxşıların Yaxşısı”
seçilib.
Məlumat üçün bildirək ki, MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə
ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı
İbrahim Zeynalovu İngiltərəyə oxumağa göndərəcək.
Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı
turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.
13 yaşlı İbrahim sinifdə “ingilis dili çempionu” olduğunu
bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını
da bildirib.