Niderlandlı tələbələr günəş panelləri ilə işləyən SUV layihəsini təqdim ediblər
Bakı. Trend:
Eyndhoven Texniki Universitetinin bir qrup tələbəsi günəş
enerjisi ilə işləyən yolsuzluq avtomobili (SUV) layihəsini təqdim
ediblər.
Trend xəbər verir
ki, bu barədə “NL Times” informasiya portalı məlumat yayıb.
Layihə rəhbəri Wisse Bos bildirib ki, “avtomobil çətin yolsuzluq
şəraitinin öhdəsindən gəlməyi bacarmalı, lakin günəş enerjisi ilə
işləmək üçün kifayət qədər səmərəli və yüngül olmalıdır”.
Onun sözlərinə görə, layihənin məqsədi həm mobillik, həm də
enerji baxımından dayanıqlı gələcəyə keçidi sürətləndirmək üçün
mövcud bazarı və cəmiyyəti ruhlandırmaqdır. Avtomobilin yol
sınaqları sentyabr ayına nəzərdə tutulub.