Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyasından öncə 5 nəfər həbs edilib

Bakı. Trend:

Parisdə polislər pensiya islahatlarına etiraz olaraq keçirilən
nümayişdən əvvəl beş nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə prefektura polisinin “Twitter”
səhifəsindəki paylaşımda deyilir.

“Nümayişlər – 11 mart 2023-cü il. Saat 14:00-da aksiyadan əvvəl
3000 yoxlama aparılıb. Beş nəfər həbs edilib”, – deyə paylaşımda
bildirilir.

Qeyd edək ki, pensiya islahatlarına qarşı etiraz aksiyası
Parisin mərkəzində yerləşən Respublika meydanında yerli vaxtla saat
14:00-da başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir