
Rumen Radev Prezident İlham Əliyevi Bolqarıstana rəsmi səfərə dəvət edib
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə
videokonfrans formatında görüşüb.
Trend xəbər verir ki, görüş zamanı Rumen Radev Azərbaycan
Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.