
Tbilisidə məcburi hərbi xidmətə qarşı etiraz aksiyası keçirilir
Bakı. Trend:
Gürcüstanın müxalifət partiyası “Qirçi” Tbilisidə parlament
binası yaxınlığında etiraz aksiyası keçirir.
Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar
məcburi hərbi xidmətin ləğv edilməsini tələb edirlər.
Partiya hesab edir ki, ordu motivasiyalı və xidmətdə maraqlı
insanlardan ibarət olmalıdır, məcburi hərbi xidmət isə köhnəlmiş,
səmərəsiz və ölkənin müdafiəsi və təhlükəsizliyi ilə heç bir
əlaqəsi olmayan sistemdir.