Türkiyədə zəlzələdən sonra iki Azərbaycan vətəndaşı barədə hələ də məlumat yoxdur – XİN

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan
vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində
Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə
üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən
planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib.

Bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər
təxliyə olunub.

Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən
vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar
və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin
şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi
istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq
tədbirlər həyata keçirilib.

İndiyə qədər, 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də
məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam
etdirilir.

Zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı veririk. Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir