X Qlobal Bakı Forumunda son panel iclası keçirilib

Bakı. Trend:

X Qlobal Bakı Forumunda son panel iclası keçirilib.

Trend-in məlumatına görə, martın 9-da işə başlayan və üç gün
davam edən forumun “Gənclər danışır, biz dinləyirik” adlı son panel
iclası Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşenkonun
moderatorluğu ilə keçirildi.

“Vacib məsələləri müzakirə etmək üçün dialoqun təmin edilməsi
indiki liderlər üçün çox vacibdir, lakin gələcək liderlər üçün daha
vacibdir.

İndiki və keçmiş diplomatik nümayəndələr, əlbəttə ki, buradakı
müzakirələri xatırlayacaqlar, lakin gənclər Bakıda öyrəndikləri
bütün bilikləri yadda saxlayacaqlar”,- deyə K.Yuşenko bildirib.

Panel müzakirələrlə davam edib.

Xatırladaq ki, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda
Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilib. Foruma bir çox ölkələrin, eləcə də
nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda
4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun
rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin
xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən
360-dək nümayəndə iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir