X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb

Bakı. Trend:

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı
Forumunun 3-cü (sonuncu) günü işə başlayıb.

Trend-in məlumatına görə, bugünkü panel müzakirələr aşağıdakı
mövzular daxildir:

“Avropa Birliyi kontekstində Qərbi Balkanlar”

“Yaxın Şərqdə və onun hüdudlarından kənarda sülh, sabitlik və
inkişaf axtarışları”

“Afrikanın geo-strateji əhəmiyyəti: imkanlar və çağırışlar”

“Gənclər danışır, biz dinləyirik”

Xatırladaq ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu il 10-cusu
baş tutan foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq
təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş
nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25
sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər
nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək
nümayəndə iştirak edir.

Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan
amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin
olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın
qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda
duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı
sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və
nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya
dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir