Yevlaxda üç nəfər bıçaqlanıb

Bakı. Trend:

Yevlax rayonunda üç nəfər bıçaqlanıb.

Trend-in əldə etdiyi məlumata görə, bıçaqlanma ailə münaqişəsi
zəminində baş verib.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların bir
ailənin üzvü olduqları bildirilir. Rayon sakini Səbuhi Həsənov
həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və
qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.Onlar xəstəxanaya
yerləşdirilib.

Ümid Bağırovun vəziyyəti ağır, Nazənin Həsənovanın və Vüsalə
Bağırovanın vəziyyəti orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir