
Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir
Bakı. Trend:
Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər
Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev 100: Həyatı və
irsi” adlı tədbir keçirilir.
Trend xəbər verir ki, toplantıda X Qlobal Bakı Forumunun
iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media
nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində “Qlobal liderlərin Heydər Əliyevin irsinə
ehtiramı” və “Milli kimliyin qurulması” adlı panel iclasları
keçiriləcək.
Toplantıda Albaniya Prezidenti Bayram Beqay çıxış edəcək.