
Çin parlamenti Li Şanfunu ölkənin müdafiə naziri təyin edib
Bakı. Trend:
14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) bazar
günü 1-ci sessiyasının nümayəndələri Li Şanfunun Çin Xalq
Respublikasının müdafiə naziri təyin edilməsini təsdiqləyiblər.
Trend xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat
yayıb.
Çin Kommunist Partiyasının (ÇKP) 2022-ci ilin oktyabrında
keçirilmiş 20-ci Qurultayının yekunları üzrə 65 yaşlı Li Şanfu ÇKP
Mərkəzi Komitəsinin Hərbi Şurasına daxil edilib. Cari sessiya
zamanı o, ölkənin ali dövlət hərbi orqanının – Çin Xalq
Respublikasının Mərkəzi Hərbi Şurasının yenilənmiş tərkibinə daxil
olub.