Ekvador prezidenti koronavirusa yoluxub

Bakı. Trend:

Ekvador prezidenti Qilyermo Lasso koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə Q.Lassonun mətbuat xidmətinin
“Twitter” səhifəsindəki paylaşımında deyilir.

“Respublika Prezidenti Qilyermo Lassonun COVID-19 testinin
nəticəsi müsbət çıxıb”, – deyə paylaşımda bildirilir.

Qeyd edilir ki, dövlət başçısı dörd gün təcrid olunacaq və
distant rejimdə işləyəcək. Q.Lasso artıq ötən ilin iyununda
koronavirusa yoluxmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir