Hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Bakı. Trend:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu,
əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş
nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun
əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş
üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş,
izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, fakt üzrə Qubadlı hərbi
prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş,
müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri
istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə
uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir