
Heydər Əliyev Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına böyük töhfə verib – Vu Honqbo
Bakı. Trend:
Ümummilli lider Heydər Əliyev Çin xalqının böyük dostudur və
ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.
Trend-in məlumatına görə, bunu bazar günü Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Heydər Əliyev 100: Həyatı və
irsi” konfransında Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi
Vu Honqbo deyib.
Vu Honqbo iki ölkə arasında dostluq əlaqələrinin qurulmasında
Heydər Əliyevin rolunu qeyd etdi, həmçinin onun ölkələr arasında
ticarət əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək
qiymətləndirdi.
Çinin xüsusi nümayəndəsi bildirib ki, Heydər Əliyev
fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycan xalqının
həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.