İsraildə hökumət əleyhinə keçirilən etirazlarda 500 minə yaxın insan iştirak edib

Bakı. Trend:

İsrail hökumətinə və onun məhkəmə islahatları planına qarşı
şənbə gecəsi keçirilən etiraz aksiyalarının təşkilatçıları aksiyada
500 minə yaxın insanın iştirak etdiyini bildiriblər.

Trend “İnterfax”a istinadən xəbər verir ki, lakin KİV-lər
müxtəlif rəqəmlər verir.

Belə ki, “Times of Israel” təxminən 300 min etirazçının,
“Jerusalem Post” isə təxminən 250 min nəfərin iştirak etdiyini qeyd
edir.

Eyni zamanda, qeyd olunur ki, təkcə Təl-Əvivdə 200 minə yaxın
nümayişçi toplaşıb. Böyük aksiyalar İsrailin digər şəhərlərində də
keçirilib.

Nümayişçilər son həftələr mütəmadi olaraq hakim sağçı
koalisiyanın məhkəmə sistemində islahatlar planına etiraz edirlər.
İsrail müxalifəti hesab edir ki, islahat məhkəmə sistemini və onun
hökumət və parlamentin hərəkətlərinə nəzarət etmək imkanlarını
zəiflədəcək.

Eyni zamanda, Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim
koalisiya hələlik islahat layihəsindən imtina etmək istəmir və
bazar günü onun Knesset tərəfindən təsdiqlənməsi üzərində işləməyə
davam etməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir