
Liviya sahillərində miqrantların olduğu qatıq batıb
Bakı. Trend:
Liviya sahillərində miqrantları daşıyan qayığın çevrilməsi
nəticəsində 30-a yaxın adam itkin düşüb.
Trend-in
məlumatına görə, bu barədə İtaliya Sahil Mühafizəsi Xidməti
bildirib.
“Xilasetmə əməliyyatı zamanı qayıq batıb, 17 nəfər xilas edilib,
lakin daha 30 nəfər itkin düşüb”, – deyə qeyd olunub. Bildirilb ki,
insanların axtarışı “ərazidə yerləşən ticarət gəmilərinin köməyi
ilə” aparılır.
İtaliya Sahil Mühafizəsinin məlumatına əsasən, martın 11-nə
keçən gecə 47 miqrantın olduğu gəmi barədə qeyri-hökumət təşkilatı
məlumat verib.