Macarıstanda 42 avtomobilin iştirakı ilə yol qəzası olub, çox sayda yaralı var

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdən 20 kilometr qərbdə M1
şossesində 5-i yük maşını və 37-si minik avtomobili olmaqla 42
nəqliyyat vasitəsinin iştirakı ilə böyük qəza baş verib.

Trend xəbər verir ki, bu barədə Macarıstan paytaxtının Baş Polis
İdarəsindən məlumat verilib.

Məlumata əsasən, qəzadan sonra 19 avtomobil alışıb. Eyni
zamanda, qəza nəticəsində 39 nəfər xəsarət alıb.

“29-u böyük, 10-u uşaq olmaqla 39 nəfər xəstəxanaya
yerləşdirilib. Bunlardan 10 böyük ağır, 19-u yüngül, 4 uşaq isə
ağır, 6-sı yüngül xəsarət alıb”, – deyə məlumatda bildirilir.

Polis hesab edir ki, qəzaya səbəb güclü toz qaldıran, görmə
qabiliyyətini xeyli pisləşdirən və yolda hərəkəti çətinləşdirən
güclü külək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir