Rumıniyanın keçmiş prezidenti Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb

Bakı. Trend:

Heydər Əliyev lazımi anda düzgün qərar qəbul etməyi bacarıb və
bu ona prezidentlik dövründə üzləşdiyi problemləri həll etməyə
kömək edib.

Trend xəbər verir ki, bunu Rumıniyanın keçmiş prezidenti Emil
Konstantinesku Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi
“Heydər Əliyev 100: Həyatı və irsi” konfransında deyib.

Həmçinin Rumıniyanın keçmiş prezidenti Heydər Əliyevlə
ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı xatirələrini
bölüşüb.

“Birgə işləmək bizim üçün asan idi. Biz Azərbaycanı Rumıniya
üçün Xəzər regionuna açılan qapı kimi görürdük, Azərbaycan isə
Rumıniyanı Avropaya açılan pəncərə kimi görürdü. İkitərəfli
münasibətlərin inkişafı istiqamətində birgə işimiz çox səmərəli
oldu”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir