
Təbrizdə partlayış olub
Bakı. Trend:
Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan
vilayətinin Təbriz şəhərində yaşayış binasında partlayış olub.
Trend xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər
yaralanıb.
Bildirilib ki, partlayış 100 evə təsir edib.