
Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 279 nəfər həbs edilib
Bakı. Trend:
Zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının
pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu
tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti
müəyyən edilib.
Trend xəbər verir ki, saxlanılanların 279-u həbs edilib, 370
şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.
Bundan başqa, 250 şübhəli barəsində axtarış elan edilib.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş
vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal
gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10
vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10
vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.