2011-ci ildən bəri heç bir universitet bir manat da olsa maliyyə almayıb – Mustafa Babanlı
Bakı. Trend:
“Ali təhsil haqqında” qanun layihəsində elmi tədqiqatların
maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var. 2011-ci ildən heç
bir universitet bir manat olsa maliyyə almayıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Milli Məclisdə “Ali
təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai
dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, ona görə də bu məsələlərdə elə məqamlar nəzərdə
tutulmalıdır ki, heç olmasa universitet özü maliyyə ayıra bilsin
“ADNSU “universitet layihəsi” adı altında çıxış etmişdi. Maliyyə
yoxlamalarında mənə ən böyük qüsur tutdular ki, buna elmi
layihələrin maliyyələşdirməsi adı qoya bilməzsiniz. Ona görə də bu
məsələlərlə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa
universitet özü maliyyə ayıra bilsin” – deyə rektor əlavə edib.