
ADY “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirib (FOTO)
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti (ADY)
“Heydər Əliyev ili” çərçivəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev
qəsəbəsində yerləşən və qurumun balansında olan yaşıllaşdırma
zolağında ağacəkmə aksiyası keçirib.
Qurumdan Trend-ə bildirilib ki, aksiyada ADY və qurumun törəmə
şirkətlərinin 100-dən çox əməkdaşı iştirak edib. Ümumi sahəsi 2
hektar olan ərazidə 1000 ədəd zeytun ağaçı əkilib. Yeni əkilmiş
ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və
gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi
ilə bağlı ADY tərəfindən tədbirlər planı təsdiq olunub və silsilə
tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər planı
çərçivəsində Ulu Öndərin təbiətin qorunması, ekoloji vəziyyətin
yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə
çağrışları əsas götürülüb.