“Avatar: Suyun Yolu” filmi “Oskar” mükafatını qazandı

Bakı. Trend:

Ceyms Kemeronun “Avatar: Suyun yolu” (2022) filmi “Ən yaxşı
vizual effektlər” kateqoriyasında “Oskar” mükafatını qazanıb.

Trend-in
məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri
Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Mett Rivzin “Betmen” (The Batman, 2022), Edvard Berqerin “Qərb
cəbhəsində sakitlikdir” (Im Westen nichts Neues, 2022), Rayan
Kuqlerin “Qara pantera: Vakanda əbədi” (Black Panther: Wakanda
Forever, 2022) və Cozef Kosinskinin “Top Qan: Meverik” (Top Gun:
Maverick, 2022) filmləri də namizədlər arasında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir