
Avropa Parlamenti özünü Ermənistanın lobbiçisi kimi aparır – Afət Həsənova
Bakı. Trend:
Avropa Parlamenti daim Azərbaycana qarşı qərəzli mövqe
sərgiləyib, ölkəmizlə bağlı əsassız və sərsəm iddiaları əks etdirən
qətnamələr qəbul edib. Belə ki, bu təşkilat özünü Ermənistanın
lobbiçisi kimi aparır, erməni yalanlarını həqiqət kimi qələmə
verməyə cəhd edir.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Avropa Parlamenti qərəzli siyasətini davam
etdirərək növbəti dəfə Azərbaycana qarşı uydurma, böhtan xarakterli
qətnamə qəbul etməyə hazırlaşır.
“Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya
Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da
olması kimi iddialar, eləcə də tarixin arxivinə atılmış “Minsk
Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş,
sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd
edilmişdi.
Birincisi, Laçın yolunda hər hansı bir blokadadan söhbət gedə
bilməz. Ermənilər bu cür yalan məlumatlar yayaraq özlərini yazıq
qiyafəsində göstgərməyə çalışır. Biz hər birimiz görürük ki, hər
gün Laçın yolundan Rusiya sülhməramlılarının xeyli sayda humanitar
yükləri daşıyan avtomobilləri, eyni zamanda, Beynəlxalq Qızıl Xaç
Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşınları
maneəsiz şəkildə hərəkət edir. Lakin ermənilər əvvəlki kimi Laçın
yolundan qanunsuz silah daşıya bilmir, təbii sərvətlərimizi talayıb
çıxara bilmir. Azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti
nümayəndələrinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyasının
məqsədi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
ərazilərimizdə ekoloji terrorun və təbii sərvətlərimizin ermənilər
tərəfindən talan edilməsinin qarşısının alınmasıdır. Laçın yolu
humanitar məqsədlər üçün ilk gündən açıq olub və bu gün də
açıqdır.
“Minsk qrupu”na gəlincə, bu qrupun uzun illər sürən səmərəsiz
fəaliyyətinin şahidi olmuşuq. Bu illər ərzində bu qrup nəinki
münaqişənin həllinə cəhd etdi, əksinə, münaqişənin həllinin
uzadılması ilə məşğul oldu, bir dəfə də olsun Ermənistana işğalçı
demədi, işğalçı ilə işğala məruz qalanı eyni tutdu, hətta əksinə
işğalçıya dəstək verdi. Belə bir səmərəsiz təşkilata artıq ehtiyac
yoxdur. Onların görməli olduğu işi Azərbaycan öz gücü hesabına
gördü və bu gün “Minsk qrupu”nun mövcudluğu sadəcə maneçilikdən
başqa bir şey olmaz”, – deyə deputat bildirib.
Deputat bildirib ki, “status” məsələsi də artıq tarixə qovuşub.
“Azərbaycan bu məsələyə də nöqtə qoyub. Artıq hər hansı bir
statusdan söhbət gedə bilməz. Eyni zamanda, “Dağlıq Qarabağ”
ifadəsi də artıq öz qüvvəsini itirib. Artıq Azərbaycan ərazisində
belə bir inzibati ərazi vahidi yoxdur. Azərbaycanın yaratdığı bu
reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Lakin
Avropa Parlamenti bütün bunları görməzdən gəlir, Ermənistanın
yalanlarını həqiqət kimi qələmə verməyə çalışır. Bu da səbəbsiz
deyil, çünki Avropa Parlamentinin üzvləri buna görə erməni
lobbisindən böyük məbləğdə rüşvət alırlar. Son dövlər Avropa
Parlamentində korrupsiya skandalı və bununla bağlı cinayət işləri
də bunu göstərdi.
Bu xüsusda, Yunanıstandan olan vitse-prezident Eva Kailinin
milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi ilk və
son hadisə deyil.
Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını dirijor çubuğu
ilə idarə edir. Karapetyanın brilliant biznesindən qazandığı çirkli
pullar bəzi deputatların gözlərini qamaşdırır. Bu hallar AP kimi
qurum üçün utancvericidir”, – deyə deputat əlavə edib.