Azərbaycanda beynəlxalq daşımalarda avtomobillərin sayı iki dəfədən çox artıb – Anar Rzayev

Bakı. Trend:

Azərbaycanda beynəlxalq daşımalarda istifadə olunan
avtomobillərin sayı sürətlə artmaqdadır.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin
İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda, həmçinin ölkələrin
xarici iqtisadi əlaqələrində avtomobil nəqliyyatının rolu
danılmazdır, bu nəqliyyat növü perspektivli olmaqla yanaşı, daim
inkişaf etməkdədir.

“Dünyada ticarətin və onlayn satışların sürətli inkişafı hər il
nəqliyyat xidmətlərinə tələbatı daha da artırır. Eyni zamanda yük
avtomobili sürücülərinin sayı bazarın tələblərinə tam ölçüdə cavab
vermir. Koronavirus pandemiyası bütün dünyada bu problemi daha da
kəskinləşdirib. Məsələn, bu gün Avropa İttifaqı (Aİ) ölkələrində
bütün açıq vakansiyaların beşdə biri sürücülərə aiddir”, – A.Rzayev
deyib.

O həmçinin Azərbaycandakı cari vəziyyəti təhlil etdikdə
beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin
sayında artım müşahidə olunduğunu qeyd edib.

“Beləliklə, iki il öncə bu cür nəqliyyat vasitələrinin sayı üç
mindən az idi, 2022-ci ildə isə bu göstərici səkkiz mini ötüb keçib
ki, bu da öz növbəsində peşəkar sürücülərə tələbatı əhəmiyyətli
dərəcədə artırıb”, – A.Rzayev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir