Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 946 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 590
nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv
xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 747, hazırkı dövrədək isə 7 542 059
test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir