
Bakıda atışmada xəsarət alanarın vəziyyəti açıqlanıb
Bakı. Trend:
Bakının Nəsimi rayonunda baş verən atışma zamanı yaralanan iki
nəfərin müalicəsi davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi
Mərkəzdən məlumat verilib.
Məlumatda qeyd edilir ki, hadisə nəticəsində güllə yarası alan
1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi Kliniki Tibbi
Mərkəzin Travmatologiya, 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin
mülaicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki
yaralının vəziyyəti stabildir.
Xatırladaq ki, martın 10-da Bakının Nəsimi rayonu ərazisində
silahlı insident baş verib. Hadisə nəticəsində həmin ərazidən keçən
Tamerlan Hüseynov və Fəqan Rəhimli güllə yarası alıb. Polisin
keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni
törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.