
Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı
qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, çağırış ünvanına
cəlb olunan FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri
tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın
xilas olunması təmin edilib.