Baş nazir Əli Əsədov Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də
ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram
Beqay ilə görüşüb.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Albaniya
Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək
qiymətləndirildi.

Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya
dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından
tarixi önəmi qeyd edildi.

Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticarət,
investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və
digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir