Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yaydı

Bakı. Trend:

Xəbər verildiyi kimi martın 10-u saat 14 radələrində paytaxtın
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə
bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi
tərəfindən istintaq aparılır.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilmiş tədbirlər
nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 1995-ci il
təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar
Quliyevin şəxsi münasibətlər zəminində Nicat Əkbərovu öldürmək
məqsədilə qanunsuz əldə olunmuş odlu silahdan atəş açması,
sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində
olan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov və 2002-ci il
təvəllüdlü Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı
şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində
saxlanılan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin
29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlibir olan bir qrup şəxs
tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1
(qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin
qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin
idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron
və gilizlər eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar
aşkar edilərək götürülüb.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam
etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat
veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi
qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha
xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir