Binəqədidə anbarda fəhlə ölüb

Bakı. Trend:

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin
Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə,
araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz”
MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu
arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi
qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)
maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir