
Binəqədidə yaşayış binası yanır
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində
doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə
ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, məlumatla
əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi
Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb
olunub.
Əlavə məlumat veriləcək.