
bp Azərbaycanda yerli biznesin inkişafına dəstək səylərini davam etdirmək niyyətindədir – Bəxtiyar Aslanbəyli
Bakı. Trend:
Yeni anlaşma memorandumu imzalayan bp yerli biznesin inkişafına
dəstək səylərini davam etdirmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə bp-nin Yaxın Şərq və Xəzər
Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli bp və Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumunun
imzalanma mərasiminə həsr olunmuş media brifinqində deyib.
“İnanırıq ki, “Sahibkarlığın inkişaf proqramı” layihəmiz
Azərbaycanın iqtisadi bazasının genişlənməsinə və yerli
müəssisələrin potensialının artmasına səbəb olacaq. Bu proqram
yerli müəssisələr üçün beynəlxalq standartlara cavab vermək və
tədarük sazişləri üzrə rəqabət aparmaq imkanı yaratmaqla daxili
bazarlarda və bütünlükdə Xəzər dənizi regionunda rəqabət
qabiliyyətli konyunktura yaradıb”, – o deyib.
Xəbər yenilənəcək