Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi zərurət var – Nazir

Bakı. Trend:

“Ali təhsil haqqında” qanun layihəsi kifayət qədər əhatəli və
ali təhsilin inkişafı ilə bağlı geniş konseptual sənəddir.

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin
Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə
bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

E.Əmrullayev bildirib ki, bir sıra məsələlər var ki, həllini
tapmalıdır. “Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı
ciddi zərurət var. Qanun layihəsində nəzərdə tutulan məsələlərdən
biri ikipilləli doktorantura təhsilindən birpilləli səviyyəyə
keçilməsi ilə bağlıdır. Bu keçidin elmə təsirini müzakirə
etməliyik”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir