Dünya Bankı ilə Azərbaycan üzrə yeni strategiyanın hazırlanması müzakirə edilib

Bakı. Trend:

Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankında (DB)
Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru
Dominik Favre ilə görüşüb.

Trend-in məlumatına görə, bu
barədə T.Kazımov tvitterdə yazıb.

Görüş zamanı Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın cari
vəziyyəti və perspektivləri müzakirə edilib.

“Görüşdə DB-də ölkəmizin maraqlarının və mövqeyinin müdafiə
olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər
barədə danışdıq.

Görüşdə həmçinin DB-nin növbəti dövr üçün Azərbaycan üzrə yeni
strategiyanın hazırlanması və layihə portfelinin daha da
genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq”, – deyə
T.Kazımov yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir