
Gəncədə qadın meyiti tapılıb
Bakı. Trend:
Gəncədə qadın meyiti tapılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan
bildirilib.
Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitnin
aşkar olunması barədə bağlı məlumat daxil olub. İlkin araşdırma
zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova
olması müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.