
“Hər şey hər yerdə və bir anda” filmi “ən yaxşı film” nominasiyasında qalib oldu
Bakı. Trend:
Den Kvan və Daniel Şaynertin “Hər şey hər yerdə və bir anda”
(2021) filmi “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını
qazandı.
Trend-in
məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri
Akademiyasının mükafatlandırma mərasimində bildirilib.
Lentdə paralel kainatlarda qadının şərlə mübarizəsindən bəhs
edilir. Film absurd komediyasının elementlərini, elmi fantastika,
döyüş, fantaziya və cizgi filmini özündə birləşdirir.